Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Asəf Dadaşovdan, Gəncə, Azərbaycan

Text size Plus Minus

05 avqust 2013, 18:40

Hörmətli cənab Prezident!

Sizin şəhərimizə göstərdiyiniz yüksək qayğı gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanır. Sizin xüsusi diqqətiniz sayəsində Gəncənin “İmamzadə” kompleksi və digər qədim maddi mədəniyyət abidələri tarixi görkəmləri saxlanılmaqla bərpa edilir, şəhərimizin ümumi görünüşü ilə ahəng yaradaraq onu daha da gözəlləşdirir.

Təkcə abidələrimizin bərpası deyil, şəhərimizdə müasir binaların tikintisi də geniş vüsət almışdır. Bizim yaşadığımız Nizami prospektində xüsusi zövqlə, şəhərimizin özünəməxsus memarlıq ənənələri nəzərə alınmaqla genişmiqyaslı tikinti-abadlıq işləri aparılır və bu, sakinlərimizi çox sevindirir.

Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində şəhərimizdə görülən bütün bu işlərə görə ailəm adından Sizə təşəkkür edirəm.

Dadaşov Asəf,
Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Nizami prospekti, 189. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi