|
06 avqust 2013, 13:45
İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempelin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir xanım Haydrun Tempel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edən Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dedi. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı xanım Haydrun Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Görüşdə Avropa İttifaqı, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.