Gerb

06 avqust 2013, 16:00

Hörmətli cənab Prezident!

Müstəqilliyimizin hələ ilk illərində o dövrdəki iqtisadi çətinliklərə baxmayaraq, Ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində şəhid ailələrinə böyük diqqət göstərilir, onların problemləri aradan qaldırılırdı. Siz Ulu öndərimizin siyasətini davam etdirərək, bu problemləri ölkəmizin güclü iqtisadi inkişafının imkanları hesabına daha yüksək səviyyədə həll edirsiniz. İstər Ulu öndər Heydər Əliyevin, istərsə də Sizin ölkəyə rəhbərlik etdiyiniz dövrdə dövlət tərəfindən bizə böyük köməkliklər göstərilmiş, ailəmiz hərtərəfli qayğı ilə əhatə olunmuş, bütün çətinliklərimiz aradan qaldırılmışdır.

Hörmətli cənab Prezident, şəhid ailələri qəti əmindirlər ki, dövlətimizi yalnız Sizə etibar etmək olar. Buna görə də onlar Sizin siyasətinizi həmişə dəstəkləyirlər.

Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun!

Hörmətlə,

Qafarova Mətanət,
şəhid ailəsi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov
qəsəbəsi.