|
06 avqust 2013, 16:30
Fəxri Əsədovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Prezident! Sizin rəhbərliyiniz altında son illərdə ölkəmiz bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük uğurlara imza atmışdır. Ölkədə bu sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində respublikamızın ayrı-ayrı rayonlarında yeni məktəb binaları tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Təhsil sahəsində aparılan islahatlar nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası xeyli güclənmiş, demək olar ki, bütün məktəblər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Sizin ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz bu diqqət və qayğı şagirdlərin imtahanlar zamanı əldə etdiyi nəticələrdə də özünü göstərməkdədir. Hörmətli cənab Prezident, Sizin təhsilə göstərdiyiniz qayğının bariz nümunəsini övladımın qəbul imtahanında əldə etdiyi nəticədə gördüm. Övladım 3-cü qrupa imtahan vermiş və 650 bal toplamışdır. Övladlarımızın yüksək səviyyədə təhsil almasına yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümü bildirir və qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar arzulayıram. Qoy Allah Sizə yar olsun!
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.