Fəxri Əsədovdan, Ağcabədi, Azərbaycan
06 avqust 2013, 16:30
Möhtərəm Prezident!
Sizin rəhbərliyiniz altında son illərdə ölkəmiz bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük uğurlara imza atmışdır. Ölkədə bu sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində respublikamızın ayrı-ayrı rayonlarında yeni məktəb binaları tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Təhsil sahəsində aparılan islahatlar nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası xeyli güclənmiş, demək olar ki, bütün məktəblər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Sizin ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz bu diqqət və qayğı şagirdlərin imtahanlar zamanı əldə etdiyi nəticələrdə də özünü göstərməkdədir.
Hörmətli cənab Prezident, Sizin təhsilə göstərdiyiniz qayğının bariz nümunəsini övladımın qəbul imtahanında əldə etdiyi nəticədə gördüm. Övladım 3-cü qrupa imtahan vermiş və 650 bal toplamışdır. Övladlarımızın yüksək səviyyədə təhsil almasına yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümü bildirir və qarşıdan gələn Prezident seçkilərində Sizə uğurlar arzulayıram.
Qoy Allah Sizə yar olsun!
Hörmətlə,
Əsədov Fəxri Munsuf oğlu.
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.
