Gerb

07 avqust 2013, 16:40

Hörmətli cənab Prezident!

Mən məcburi köçkün kimi həmişə hiss etmişəm ki, Siz darda qalan insanlara lazımi kömək göstərirsiniz. Nabrandakı istirahət mərkəzlərindən birində azyaşlı İmran Cəfərzadənin başına gələn hadisəni eşidəndə çox təsirləndim. Amma inanırdım ki, Siz çətin vəziyyətə düşmüş bu ailəyə kömək edəcəksiniz. Həqiqətən də Sizin köməyiniz sayəsində uşağın müalicəsi üçün bütün tədbirlər görülmüş və onun sağlamlığının bərpası istiqamətində lazımi müalicələr aparılmaqdadır.

Hörmətli cənab Prezident, Siz ölkəmiz və xalqımız üçün misilsiz işlər görürsünüz. Sizə bu işlərinizdə uğurlar arzulayır və minnətdarlığımı bildirirəm.

Bayramova Vəfa,
Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri.