|
07 avqust 2013, 17:00
Heybət Qədirovdan, Yardımlı, Azərbaycan
Möhtərəm Prezident! İndi Azərbaycanın bütün rayonlarında həyat qaynayır. Şəhər, kənd və qəsəbələrimiz gündən-günə gözəlləşərək yeni görkəm almışdır. Paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bunu təkcə mən yox, Vətənini, xalqını sevən hər bir ziyalı, Bakıya qonaq gələn hər bir əcnəbi, həmçinin xarici diplomatlar, dövlət başçıları deyirlər. Hörmətli cənab Prezident, bu gün Sizin gördüyünüz işlər milyonlarla azərbaycanlının ürəyindən xəbər verir. Siz Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək ölkəmizin sürətli tərəqqisini təmin etmişsiniz. İndi Azərbaycan iqtisadiyyatının inkişafı bir sıra dövlətlərə nümunə göstərilir. Ordumuzun qüdrəti daha da artır. Xalqın sosial rifahı yüksəlir. Mədəniyyət, təhsil, səhiyyə, turizm, idman və digər sahələrdə böyük nailiyyətlər əldə edilir. Hörmətli cənab Prezident, yuxarıda dediklərim Yardımlı rayonunun timsalında da aydın görünür. Ucqar dağ rayonu olan Yardımlı “öz donunu” tamamilə dəyişir, gündən-günə gözəlləşir, tərəqqi edir, müstəqil Azərbaycanın dilbər guşələrindən birinə çevrilir. Yardımlıya dünya standartlarına uyğun avtomobil yolu çəkilmiş, uzun illər həsrətində olduğumuz mavi yanacaq verilmişdir. Bu gün Yardımlıda yeni kanalizasiya və su sistemi quraşdırılır. Rayonumuzda geniş tikinti işləri aparılır, yeni inzibati binalar tikilir, küçələr milli memarlıq üslubunda yenidən qurulur, parklar salınır, yeni istirahət guşələri yaradılır. Rayonda 70-dən artıq məktəb binasının tikintisi və təmiri davam etdirilir. Müasir məktəb binaları, işıqlı otaqlar övladlarımızın istifadəsinə verilir. Bütün bunlar 40 il müəllim işləyən bir pedaqoq kimi məni çox sevindirir. Çox hörmətli Prezident, bizə xoşbəxt həyat bəxş etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizi bağrıma basıram! Ulu Tanrı Sizi qorusun, Siz də gündən-günə çiçəklənən Azərbaycanımızı!
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.