|
07 avqust 2013, 17:12
İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur
Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olmuşdur. Məlumat verildi ki, binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır. Müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Sahəsi 4 min kvadratmetr olan ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binanın interyeri yüksək zövqlə tərtib olunmuş, otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada ümumilikdə 30 iş otağı vardır. Foyedə ölkəmizin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə yaradılmışdır. Fotoguşələrdə Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin Kürdəmir rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər böyük maraq doğurur. Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısında işçilərin normal fəaliyyəti üçün hərtərəfli imkan yaradılmışdır. Vətəndaşların qəbulu otağında da hər cür şərait vardır. Dövlət başçısı akt zalına da baxdı. Ən müasir standartlar səviyyəsində qurulan 250 yerlik zal akustika sistemi ilə təchiz olunmuşdur. Burada müxtəlif tədbirlər keçiriləcəkdir. Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə kənd icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür. Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu zal da bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir. İcra hakimiyyətinin yeni inzibati binası həm də rayonun simasına yeni görkəm verir. Binanın ətrafında geniş yenidənqurma işləri aparılmış, ətraf abadlaşdırılmışdır. Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.