|
07 avqust 2013, 17:25
Əzizxan Abbasov və başqalarından, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident! Biz ürəkləri ulu öndər Heydər Əliyev siyasəti ilə döyünən cəlilabadlılar həyatı əhəmiyyətə malik davamlı sosial-iqtisadi inkişafa, rayonumuzun tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərdiyiniz diqqət və qayğıya, isti münasibətə görə, Sizə rayon ictimaiyyətinin hədsiz minnətdarlıqlarını çatdırmağı özümüzə borc və şərəf bilirik. Möhtərəm Prezident, çox sağ olun ki, Siz Cəlilabadın tərəqqisinə, sosial-iqtisadi inkişafına böyük önəm verirsiniz. Rayonumuzun iqtisadiyyatının gücləndirilməsinə, quruculuq-abadlıq işlərinin genişləndirilməsinə, rayon əhalisinin maddi-rifah halının yüksəldilməsinə, kəndlərarası avtomobil yollarının təmir edilməsinə daim diqqət və qayğı göstərirsiniz. Biz bu sevinc hisslərini yaşayarkən 2013-cü il avqustun 5-də iyirmi min əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı Cəngan-Soltankənd avtomobil yolunun inşası məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılması barədə Sərəncamınız qəlbimizi riqqətə gətirdi. Möhtərəm Prezident, bu sevinci, xoş ovqatı bizlərə bəxş etdiyinizə, bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə hədsiz dərəcədə minnətdarıq. Ulu öndər Heydər Əliyev siyasəti ətrafında sıx birləşən cəlilabadlılar Sizin çoxşaxəli, məhsuldar fəaliyyətinizdən qürur duyur, Sizinlə fəxr edirlər. Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı arzu edirik. Allah Sizi qorusun!
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.