07 avqust 2013, 18:10

Usubağa Məmmədovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi bütün dünya azərbaycanlıları sevir. Mən də onlardan biriyəm və Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizin kimi Prezidentimin olması ilə fəxr edirəm. Qürur hissi ilə Sizə - tarixdə daim anılacaq şəxsiyyətə, layiq olduğunuz xoşbəxtliyi və cansağlığı arzu edirəm. Mənə həyatımda beş dəfə böyük xoşbəxtlik nəsib olmuşdur. Üç dəfə çalışdığım Müdafiə Sənayesi Nazirliyinin Telemexanika Zavodunda olmağınız, dəyərli məsləhətlərinizi canlı şəkildə eşitməyim böyük xoşbəxtlikdir. Məni “Tərəqqi medalı” və “Əməkdar mühəndis” adı ilə təltif etmisiniz. Axırıncı dəfə 2013-cü il 6 avqust tarixli Sərəncamınızla “Əməkdar mühəndis” adına layiq görülməyim mənim mühəndislik fəaliyyətimə verilən ən böyük qiymətdir. Bütün bunlara görə Sizə dərin təşəkkürlərimi bildirirəm və Sizin, Vətənim və xalqım uğrunda daha da səylə çalışacağıma söz verirəm.

Dərin hörmətlə,

Məmmədov Usubağa Mirzəməmməd oğlu, 
Müdafiə Sənayesi Nazirliyinin Telemexanika
zavodunun direktoru.

Azərbaycan Respublikası, Şirvan şəhəri.