Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 avqust 2013, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Muradov Hicran Xasay oğlu - Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri
Əliyev Kəramət Fətəli oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri
Sadayev Qabil Şamı oğlu - Tərtər Hərbi Məhkəməsinin sədri
Bəylərli Səxavət Şahhüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri
Mahmudov İlham Ağa oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
Nəsibov Famil Hümbət oğlu - Ağdaş Rayon Məhkəməsinin sədri
Fərhadov Xanlar Zalı oğlu - Ağcabədi Rayon Məhkəməsinin sədri
Əliyev İlqar Yadulla oğlu - Ağstafa Rayon Məhkəməsinin sədri
Şirvanov Maşalla Nəcəfəli oğlu - Beyləqan Rayon Məhkəməsinin sədri
Nurullayev Ramiz Vəliş oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri
Ələkbərov Əliəjdər Məlik oğlu - Cəlilabad Rayon Məhkəməsinin sədri
Kazımov Rasim Sarı oğlu - Mingəçevir Şəhər Məhkəməsinin sədri
Sadıqov Vahid Nəriman oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri
Vəliyev Adil Yaqub oğlu - Qusar Rayon Məhkəməsinin sədri
Əsgərov Nadir Məmmədrza oğlu - Tərtər Rayon Məhkəməsinin sədri
Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2013-cü il.