Gerb

08 avqust 2013, 16:10

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm. 

İnanıram ki, Azərbaycan-Sinqapur əlaqələri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına isə daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 avqust 2013-cü il.