Aynur İsrafilovadan, Bakı, Azərbaycan
Text size
10 avqust 2013, 11:00
Hörmətli cənab Prezident!
Nabran istirahət mərkəzində körpə İmran Cəfərzadənin başına gələn hadisə məni çox kədərlənmişdi. Həmin anda ona göstərdiyiniz diqqət çətin vəziyyətə düşmüş ailəni maddi çətinlikdən xilas etməklə yanaşı, həmin ailəyə mənəvi dəstək oldu. Eyni zamanda, Siz bu xeyirxah əməlinizlə bu hadisəyə görə kədərlənmiş minlərlə insana sevinc bəxş etdiniz.
Hörmətli cənab Prezident, bu nəcib əməlinizə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
İsrafilova Aynur.
Azərbaycan Respublikası, Bakı şəhəri.
