Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Səlahət Musayevadan, Bakı, Azərbaycan

Text size Plus Minus

10 avqust 2013, 10:45

Hörmətli cənab Prezident!

Nabrandakı istirahət mərkəzlərindən birində baş vermiş bədbəxt hadisə nəticəsində ayağını itirmiş azyaşlı İmran Cəfərzadəyə dərhal yardım göstərməyiniz ölkəmizin hər bir vətəndaşı kimi məni də qürurlandırdı. Siz bu xeyirxah əməlinizlə dövlətimizin qüdrətini, xalqımızın birliyini, uğurla həyata keçirdiyiniz Heydər Əliyev siyasətinin humanistliyini nümayiş etdirdiniz.

Buna görə Sizə dərin minnətdarlığımı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Musayeva Səlahət.
Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi