|
10 avqust 2013, 11:50
İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil islahatlarının genişləndirilməsi və bu sahədə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Bunun nəticəsidir ki, indiyə qədər ölkədə 2200-dən çox məktəb binası tikilmiş, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılmışdır. Yeni təhsil ocaqlarının inşası ilə yanaşı, mövcud məktəblər üçün əlavə tədris korpuslarının tikintisi geniş vüsət almışdır. Son illərdə 2000-ə yaxın məktəb üçün əlavə korpus inşa olunmuşdur. Təkcə 2011-ci ildə Bakıda 60-dan çox məktəbin binası əsaslı təmir edilmişdir. 2012-ci ildə 81 məktəbin binası təmir olunmuş, yeni korpuslar tikilmişdir. Bu il ərzində isə 120 məktəbdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur ki, indi bu proses uğurla aparılır. Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri də bu sırada mühüm yer tutur. Dövlət başçısına məlumat verildi ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə təxliyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin üzünə açmışdır. Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdi. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində digər təhsil ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatmışdır. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılmışdır.
Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunmuş və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilmişdir. Üç fənn laboratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.