|
10 avqust 2013, 11:30
Əli Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin xeyirxah və qayğıkeş dövlət başçısı olduğunuzu bütün xalqımız yaxşı bilir. Bu yaxınlarda böyük humanistlik göstərərək, Nabran istirahət mərkəzində xəsarət almış azyaşlı İmran Cəfərzadəyə etdiyiniz yardım bunu bir daha təsdiq etdi. Bildirmək istəyirəm ki, yalnız İmran Cəfərzadənin ailəsi deyil, ümidini Sizə bağlayan vətəndaşlarımızın heç biri əlacsız qalmır. Hörmətli cənab Prezident, bu ilin iyun ayında mən iki yaşlı oğlum Hüseynin müalicəsi üçün Sizə müraciət etmişdim. Müraciətim Sizin göstərişinizlə tam təmin olunmuş və nəticədə 1 saylı Şəhər Klinik Xəstəxanasında oğlumun üzərində uğurlu əməliyyat aparılmış, onun boğazında olan qüsur aradan qaldırılmışdır. Xəstəxanada həkimlərin işindən, ümumiyyətlə səhiyyəmizin səviyyəsindən çox razı qaldıq. Hörmətli cənab Prezident, mən bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün ailəmiz, qohumlarımız adından Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.