Əli Əliyevdən, Bakı, Azərbaycan
10 avqust 2013, 11:30
Hörmətli cənab Prezident!
Sizin xeyirxah və qayğıkeş dövlət başçısı olduğunuzu bütün xalqımız yaxşı bilir. Bu yaxınlarda böyük humanistlik göstərərək, Nabran istirahət mərkəzində xəsarət almış azyaşlı İmran Cəfərzadəyə etdiyiniz yardım bunu bir daha təsdiq etdi. Bildirmək istəyirəm ki, yalnız İmran Cəfərzadənin ailəsi deyil, ümidini Sizə bağlayan vətəndaşlarımızın heç biri əlacsız qalmır.
Hörmətli cənab Prezident, bu ilin iyun ayında mən iki yaşlı oğlum Hüseynin müalicəsi üçün Sizə müraciət etmişdim.
Müraciətim Sizin göstərişinizlə tam təmin olunmuş və nəticədə 1 saylı Şəhər Klinik Xəstəxanasında oğlumun üzərində uğurlu əməliyyat aparılmış, onun boğazında olan qüsur aradan qaldırılmışdır. Xəstəxanada həkimlərin işindən, ümumiyyətlə səhiyyəmizin səviyyəsindən çox razı qaldıq.
Hörmətli cənab Prezident, mən bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün ailəmiz, qohumlarımız adından Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyev Əli.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı, rayonu, Hovsan qəsəbəsi.
