Gerb

10 avqust 2013, 11:40

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində Saatlı rayonu da sürətlə inkişaf etmiş, əhalinin sosial problemləri həll edilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər obyektlər tikilib istifadəyə veerilmiş, geniş yenidənqurma və abadlıq-quruculuq işləri görülmüşdür
Hörmətli cənab Prezident, bütün bu işlər Sizin Saatlı rayonuna xüsusi diqqətiniz sayəsində həyata keçirilmişdir. Sizin ayırdığınız əlavə vəsaitlər hesabına rayonda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi tikilmiş, əhalinin içməli su təminatı yaxşılaşdırılmış, yeni avtomobil yolları salınmışdır.

Rayonumuza göstərdiyiniz bu qayğıya görə Sizə təşəkkür edirəm.

İsgəndərov Yurdçu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Məmmədabad kəndi.