|
10 avqust 2013, 13:00
Arzu Həsənovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin rəhbərliyiniz altında ölkəmizdə güclü sosial-iqtisadi siyasət həyata keçirilir. Yeni xəstəxanalar, məktəblər və digər sosial obyektlər tikilməklə yanaşı, bu müəssisələrin fəaliyyəti müasir tələblər səviyyəsinə qaldırılır, vətəndaşlara göstərilən qayğı daha da artırılır. Belə mühüm sahələrdən biri də körpələr evləri və uşaq bağçalarıdır. Hörmətli cənab Prezident, biz Sizin müxtəlif görüşlərdə, tədbirlərdə çıxışlarınızdan, imzaladığınız sərəncamlarınızdan uşaqlara necə böyük rəğbət bəslədiyinizi bilirik. Bu qayğının nəticəsidir ki, indi körpələr evləri və uşaq bağçalarının maddi bazası gücləndirilir, onların fəaliyyəti daha da yaxşılaşdırılır. Bu sözləri uşaqlarımızın tərbiyə aldığı Nərimanov rayonundakı 305 saylı körpələr evi-uşaq bağçası haqqında da demək olar. Biz valideynlər orada yaradılan şəraitdən, göstərilən xidmətdən, təlim-tərbiyə işindən çox razıyıq.
Hörmətli cənab Prezident, həyata keçirdiyiniz sosial siyasətinizə, o cümlədən uşaqlara olan böyük qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.