Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Qanima Sioşvili İlarionovna, Pirallahl qəsəbəsi, Bakı, Azərbaycan

Text size Plus Minus

10 avqust 2013, 15:20

Çox hörmətli cənab Prezident. Qəsəbəmizdə başlayan və sürətlə davam edən abadlıq və quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşdırılması yolunda atılan addımlar yenicə rayon statusu almış Pirallahı sakinlərini çox sevindirir. İnsanların həyat səviyyəsinin yüksəlməsi Sizin göstərdiyinin diqqət və qayğının nəticəsidir.

Möhtərəm Prezident! Dövlətimizin möhkəmləndirilməsi yolunda apardığınız uğurlu siyasət və xalqın güzəranının daha da yaxşılaşması üçün həyata keçirdiyiniz işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcəyik.

Dərin hörmətlə Qanima Sioşvili İlarionovna, Azərbaycan Respublikası, Bakı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi