İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur

11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Baş nazir, əziz qonaqlar, sizi bir daha Azərbaycanda salamlayıram. Sizi görməyimə çox şadam. Biz uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair vacib məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün gözəl imkan əldə etdik.

Əlbəttə, Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Gündəlikdə duran bütün məsələlər üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir.

İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki, münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Sizin ölkəmizə səfərinizi çox yüksək qiymətləndiririk. Bu, dostluğun gözəl əlamətidir və eyni zamanda, ikitərəfli münasibətlərimizin vacib məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir. Bir daha xoş gəlmisiniz.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko LETTA dedi:

- Təşəkkür edirəm, cənab Prezident. Sizin səmimi qonaqpərvərliyinizi yüksək dəyərləndiririk. Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz arasında da yaxşı əməkdaşlıq mövcuddur. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik. İtaliyanın İşəgötürənlər Konfederasiyasının və İnşaatçılar Assosiasiyasının yüksək səviyyəli nümayəndə heyəti noyabrın əvvəlində Bakıya səfər edəcəkdir. Onların səfərinin məqsədi bizim əməkdaşlığımızı daha da genişləndirməkdir.

X X X

Son illərdə ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır. Enerji sahəsində əməkdaşlıq həm də Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib və güclü iqtisadi potensial ölkəmizin Avropanın qaz təchizatında oynadığı rola da öz töhfəsini verir. Bu baxımdan Azərbaycan dünyanın aparıcı iqtisadiyyatlarından birinə malik olan İtaliya ilə əlaqələri də inkişaf etdirir. Bunu İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın avqustun 11-də Bakıya rəsmi səfəri də təsdiqlədi.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın enerji sahəsində əməkdaşlığa dair birgə bəyannaməsi qəbul olundu.

Bəyannamədə “Şahdəniz”in ikinci fazası çərçivəsində çıxarılacaq Azərbaycan qazının Trans-Adriatik və Trans-Anadolu təbii qaz boru kəmərləri ilə Avropaya çatdırılmasına dair “Şahdəniz” konsorsiumunun qəbul etdiyi qərarın önəmi qeyd olunmuşdur. Bəyannamədə Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından biri olduğu vurğulanaraq ölkəmizin, həmçinin qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan biri olacağına əminlik ifadə edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan ilə İtaliya arasında əlaqələr müxtəlif sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan bəyannamədə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Sənəddə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq bildirilmişdir. Bu əlaqələrin neft-qaz, bərpa olunan enerji, neft-kimya və digər sahələrdə bundan sonra da genişləndirilməsi üçün müvafiq addımların atılacağı vurğulanmışdır.

Bəyannamədə ölkələrimizin enerji sektorunda institusional əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi barədə əldə olunmuş razılığın əhəmiyyəti də qeyd olunmuşdur. Sənəddə, eyni zamanda, Azərbaycan və İtaliyanın sənaye sahəsini təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Bəyannamədə, həmçinin ikitərəfli iqtisadi əlaqələrin sürətləndirilməsi üçün hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyətinin önəmi qeyd edilmişdir.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51