|
12 avqust 2013, 11:20
Vidadi Süleymanovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident! Bu il iyunun 26-da keçirilən hərbi parada və yaratdığınız belə güclü orduya görə Sizə “Çox sağ olun!” deyirəm. Bu ordunu, onun müxtəlif qoşun növlərini görəndə az qaldı ki, sevincimdən ağlayım. Bütün tərəqqipərvər bəşəriyyətə məlumdur ki, Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir. Amma xalqımız və dövlətimiz bu məsələni sülh yolu ilə həll etmək istəyir. Ermənilər hər dəfə keçirilən hərbi paraddan sonra çox narahat olurlar. Çünki onlar görürlər və əmin olurlar ki, Azərbaycanın iqtisadi qüdrəti olduqca böyük hərbi gücə çevrilir. Hörmətli cənab Prezident, Sizin siyasi və iqtisadi siyasəti düzgün əlaqələndirməyinizə çoxları həsəd aparırlar. Az bir vaxtda güclü dövlət yaratmaq, onun hərbi və siyasi qüdrətini artırmaq, beynəlxalq arenada güc mərkəzinə çevirmək hər rəhbərə nəsib olmur. Bu, Ulu öndərimizin vaxtilə apardığı siyasətin layiqincə davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu işdə Sizə yorulmazlıq və uğur arzulayıram. Əmin olun ki, biz Sizin siyasətinizi daim dəstəkləyirik.
Hörmətlə,
Qarabağ müharibəsi veteranı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.