Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Bəhruz Ağakişiyev və başqalarından, Bakı, Azərbaycan

Text size Plus Minus

12 avqust 2013, 11:35

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında bütün şəhər və qəsəbələrimizdə olduğu kimi Qaradağ rayonunun Sahil qəsəbəsində də geniş tikinti-quruculuq işləri həyata keçirilir. N.Mustafayev küçəsində bizim yaşadığımız 2 nömrəli bina da əsaslı təmir olunmuş, sakinləri narahat edən problemlər aradan qaldırılmışdır. Qəsəbənin hər yerində abadlıq işləri aparılmış, əhalinin rahatlığı üçün gözəl şərait yaradılmışdır.

Hörmətli cənab Prezident, görülən bütün bu işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Sizin apardığınız müdrik daxili və xarici siyasətinizi dəstəkləyir və bu yolda Sizə uğurlar arzulayırıq.

Hörmətlə, 

Ağakişiyev Bəhruz
Nəcəfov Nazim.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi