|
12 avqust 2013, 11:00
Rizvan Cabbarov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin xüsusi diqqətiniz sayəsində Gəncədə aparılan abadlıq və quruculuq işləri bizim yaşadığımız Yeni Gəncə qəsəbəsini də əhatə etmişdir. Burada əhalinin yaşayış şəraitini daha da yaxşılaşdıran, qəsəbənin simasını dəyişərək gözəlləşdirən böyük işlər həyata keçirilmişdir. Küçələr abadlaşdırılmış, yeni asfalt döşənmiş, işıq dirəkləri dəyişdirilmiş, yolların və məhəllələrin işıqlandırılması tam təmin edilmişdir. Qəsəbədə müasir tələblərə cavab verən su xətləri çəkilmiş, kanalizasiya sistemi qurulmuşdur. Binalar üzləndikdən və dam örtükləri dəyişdirildikdən sonra çox yaraşıqlı görkəm almışdır. Əhalinin istirahəti üçün yeni park salınmışdır.
Hörmətli cənab Prezident, qəsəbəmizin sakinləri Sizin qayğınız nəticəsində görülən bütün bu işlərdən çox fərəhlənirlər. Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.