Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Rizvan Cabbarov və başqalarından, Gəncə, Azərbaycan

Text size Plus Minus

12 avqust 2013, 11:00

Hörmətli cənab Prezident!

Sizin xüsusi diqqətiniz sayəsində Gəncədə aparılan abadlıq və quruculuq işləri bizim yaşadığımız Yeni Gəncə qəsəbəsini də əhatə etmişdir. Burada əhalinin yaşayış şəraitini daha da yaxşılaşdıran, qəsəbənin simasını dəyişərək gözəlləşdirən böyük işlər həyata keçirilmişdir. Küçələr abadlaşdırılmış, yeni asfalt döşənmiş, işıq dirəkləri dəyişdirilmiş, yolların və məhəllələrin işıqlandırılması tam təmin edilmişdir. Qəsəbədə müasir tələblərə cavab verən su xətləri çəkilmiş, kanalizasiya sistemi qurulmuşdur. Binalar üzləndikdən və dam örtükləri dəyişdirildikdən sonra çox yaraşıqlı görkəm almışdır. Əhalinin istirahəti üçün yeni park salınmışdır.

Hörmətli cənab Prezident, qəsəbəmizin sakinləri Sizin qayğınız nəticəsində görülən bütün bu işlərdən çox fərəhlənirlər. Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Cabbarov Rizvan
Adıgözəlova Sevil
Cəfərova Dursun
Cərqalayev İbrahim
Dadaşov Nurəddin və başqaları (cəmi:20 nəfər). .

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi