Gerb

12 avqust 2013, 12:05

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyev kimi nadir tarixi şəxsiyyətin yolunu, siyasətini uğurla davam etdirməyiniz, onun fəlsəfəsini, dövlətçilik ənənələrini yaşatmağınız, yarımçıq qalmış ideyalarını reallığa çevirməyiniz sayəsində müstəqil Azərbaycan saysız-hesabsız nailiyyətlər qazanmış, regionun ən güclü ölkəsinə, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Sizin tərəfinizdən qəbul edilmiş dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir. Bütün regionlarda olduğu kimi bu gün doğma İsmayıllıda da sürətli inkişaf, abadlıq, tikinti-quruculuq işləri görülür, daxili yollar təmir edilir və genişləndirilir. Əhalinin qaz, su və elektrik enerjisi təminatı ilə bağlı problemləri aradan qaldırılmış, yeni iş yerləri yaradılmış, bir sözlə sosial-iqtisadi məsələlər köklü şəkildə həll edilmişdir.

İsmayıllıların hər birinin istəyi, tələbi və arzusu tam olaraq yerinə yetirilmişdir. Füsunkar təbiəti, gözəlliyi ilə seçilən İsmayıllı daha da gözəlləşmiş və abadlaşmışdır.

Çox hörmətli Prezident, biz müstəqil Azərbaycan dövlətinin gələcəyinə, onun daha da qüdrətli bir dövlətə çevriləcəyinə tam əminik. Hər-hansı bir riyakar qrup, düşmən dəyirmanına su tökən radikal müxalifətçilər Azərbaycan xalqını Sizdən, Sizi Azərbaycan xalqından ayıra bilməz. Sizin kimi rəhbəri olan xalqımız bu gün çox xoşbəxtdir.

Biz Sizinlə fəxr edirik və qarşıdan gələn prezident seçkilərində bir daha Sizə səs verəcəyik. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Nuğayev Rəhman Surxay oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR