|
12 avqust 2013, 11:15
A.Allahverdiyev və başqalarından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident! 2013-cü ili informasiya-kommunikasiya texnologiyaları ili elan etməyinizlə əlaqədar olaraq Azərbaycanın ilk süni peykinin kosmosa çıxarılması kimi dünya miqyaslı tədbirlərlə yanaşı, ölkəmizin ucqar yaşayış məntəqələrində də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Hörmətli cənab Prezident, məhz Sizin rabitə və informasiya texnologiyalarının inkişafına göstərdiyiniz xüsusi diqqətin nəticəsidir ki, bizim kəndimizdə müasir texnologiyalara əsaslanan yeni elektron ATS istifadəyə verilmişdir. Kəndin sakinləri bunu böyük sevinclə qarşılamışlar. Onu da qeyd edək ki, Siz bizə belə sevincləri çox bəxş etmisiniz. Keçən il kəndimizdə uşaqlarımız üçün yeni müasir məktəb binası tikilmişdir. Bundan başqa indi kəndimizə yeni asfalt yol da çəkilir.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, cansağlığı və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.