Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

A.Allahverdiyev və başqalarından, Masallı, Azərbaycan

Text size Plus Minus

12 avqust 2013, 11:15

Hörmətli cənab Prezident!

2013-cü ili informasiya-kommunikasiya texnologiyaları ili elan etməyinizlə əlaqədar olaraq Azərbaycanın ilk süni peykinin kosmosa çıxarılması kimi dünya miqyaslı tədbirlərlə yanaşı, ölkəmizin ucqar yaşayış məntəqələrində də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir.

Hörmətli cənab Prezident, məhz Sizin rabitə və informasiya texnologiyalarının inkişafına göstərdiyiniz xüsusi diqqətin nəticəsidir ki, bizim kəndimizdə müasir texnologiyalara əsaslanan yeni elektron ATS istifadəyə verilmişdir. Kəndin sakinləri bunu böyük sevinclə qarşılamışlar. Onu da qeyd edək ki, Siz bizə belə sevincləri çox bəxş etmisiniz. Keçən il kəndimizdə uşaqlarımız üçün yeni müasir məktəb binası tikilmişdir. Bundan başqa indi kəndimizə yeni asfalt yol da çəkilir.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, cansağlığı və ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

A.Allahverdiyev
Ə.Əliyev
S.Mürşüdov.

Azərbaycan Respublikası, Masallı rayonu, Qodman kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi