Gerb

12 avqust 2013, 12:30

Hörmətli cənab Prezident!

Ramazan bayramı ərəfəsində Siz bizə həyatımızda ən dəyərli hədiyyə olan “Əməkdar həkim” fəxri adı verməklə çox böyük sevinc bəxş etdiniz. Buna görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı naminə misilsiz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, Siz insanların sağlamlığının qorunmasına böyük diqqət göstərirsiniz. Sizin təşəbbüsünüz sayəsində ölkəmizdə səhiyyə sistemi təkmilləşmiş, çoxlu sayda yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilib istifadəyə verilmiş, onlar ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bütün bunlarla yanaşı Siz tibb işçilərinin qarşısında çox məsul vəzifələr qoymuşsunuz. Biz həkimlər bu vəzifələri yerinə yetirmək üçün var qüvvəmizlə çalışırıq. Bizim əməyimizi yüksək qiymətləndirərək göstərdiyiniz etimadı doğrultmaq üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

Dərin hörmətlə,

Cavadov Ədalət
Qədirov Şakir.

Azərbaycan Respublikası, Şirvan şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR