Tarverdi Mirzəyevdən, Şirvan, Azərbaycan
13 avqust 2013, 10:40
Möhtərəm Prezident!
Siz xalqımızın etimadı ilə atanızın Ulu öndərimiz Heydər Əliyevin yolunu 2003-cü ildən dövrün tələbləri çərçivəsində uğurla davam etdirmiş, Azərbaycanı iqtisadi, sosial və siyasi potensialı olan güclü dövlət kimi dünyada tanıtdırmışsınız. İri enerji layihələrinin həyata keçirilməsi dünyanın diqqətini ölkəmizə cəlb etmişdir. Böyük və güclü dövlətlərin Azərbaycanla hesablaşması vətəndaşlarımıza fəxarət gətirir. Sizin 10 il ərzində uğurlu islahatlarınız yaşadığım Şirvan şəhərini də hərtərəfli əhatə etmişdir. Şəhərimizin inkişafı, tərəqqisi, müasir üslubda başdan-başa abadlaşdırılması təbii ki, şəxsən Sizin diqqət və qayğınızın nəticəsidir. Biz Şirvan sakinləri şəhərimizdəki bu rahatlıqdan, ölkəmizdəki sabitlikdən çox məmnunuq.
Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə minnətdarıq. Sizi tam məsuliyyətlə əmin edirik ki, biz şirvanlılar şəhərimizin, bütövlükdə ölkəmizin inkişafının davamlı olması, sabitliyimizin, rahatlığımızın bundan sonra da qorunub saxlanılması üçün qarşıdan gələn prezident seçkilərində Sizə səs verəcəyik. Ulu Tanrı Sizi və doğmalarınızı qorusun!
Hörmətlə,
Mirzəyev Tarverdi Kamal oğlu.
Azərbaycan Respublikası, Şirvan şəhəri.
