Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Rəhilə Rəhimova və başqalarından, Bakı, Azərbaycan

Text size Plus Minus

13 avqust 2013, 10:00

Hörmətli cənab Prezident!

Nabranda istirahət edərkən faciə ilə üzləşmiş azyaşlı İmran Cəfərzadəyə dövlət başçısı tərəfindən yardım göstərilməsi onun baş vermiş hadisədən özünü itirmiş valideynləri üçün əvəzsiz dəstək idisə, bütün xalqımız üçün yüksək humanistlik nümunəsi idi. Biz dövlətimizin Sizin kimi başçısı olduğu üçün fəxr edirik.

Hörmətli cənab Prezident, Siz Ulu öndərimizin siyasətini davam etdirərək ölkəmizin uğurlu tərəqqisini təmin etdiyiniz kimi, bu nəcib əməlinizlə Heydər Əliyev xeyirxahlığını nümayiş etdirdiniz. Siz bir daha sübut etdiniz ki, xalqımızın rifahı naminə çalışmağınızla yanaşı, köməyə ehtiyacı olan hər bir vətəndaşa da əl tutursunuz. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, Sizin siyasətinizi bundan sonra da dəstəkləyəcəyik. Siz xalqımızın əvəzolunmaz liderisiniz.

Hörmətlə,

Rəhimova Rəhilə
Abdullayeva Sidə

Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi