Gerb

13 avqust 2013, 13:00

Hörmətli cənab Prezident!

Sizin həyata keçirdiyiniz uğurlu sosial siyasət nəticəsində ölkəmizin hər yerində məktəblər, xəstəxanalar, digər sosial obyektlər təmir və bərpa edilir, yeniləri tikilir. Bu yaxınlarda Masallı Rayon Mərkəzi Xəstəxanasının 1886-cı ildə inşa olunmuş binasında da əsaslı təmir işlərinə başlanmışdır. Rayonun mərkəzi xəstəxanası ilə yanaşı, Boradigah qəsəbəsinin, Kalinovka kəndinin xəstəxanaları da təmir edilir. Rayonumuzun sakinləri, xüsusilə tibb işçiləri bunu böyük sevinclə qarşılamışlar.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu böyük diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Biz Sizin siyasətinizi həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəyik. Masallı Rayon Mərkəzi Xəstəxanasının, Boradigah qəsəbə və Kalinovka kəndi xəstəxanalarının kollektivləri adından Sizə təşəkkür edirik.

Hörmətlə,

C.Nəzərov
A.Hacıyeva
S.Fərəcov.

Azərbaycan Respublikası, Masallı rayonu.