İslam Allahverdiyevdən, Beyləqan, Azərbaycan
13 avqust 2013, 13:15
Hörmətli cənab Prezident!
Sizin 2013-cü il avqustun 12-də imzaladığınız Sərəncamla Beyləqan rayonuna Birinci Şahsevən-Əhmədli-Dünyamalılar yolunun yenidən bərpası ilə əlaqədar 2 milyon manat ayırdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Sizi əmin edirəm ki, ailə üzvlərim, yaxınlarım və bütövlükdə Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyəcəklər. İnşallah qarşıdakı illərdə ölkəmiz Sizin rəhbərliyiniz altında daha da sürətli inkişaf edəcəkdir. Xalqımız ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin davamçısı kimi yalnız Sizi dəstəkləyir və dəstəkləyəcəkdir. Çox sağ olun.
Hörmətlə,
Allahverdiyev İslam Nuruş oğlu.
Azərbaycan Respublikası, Beyləqan rayonu,
İkinci Şahsevən kəndi.
