|
13 avqust 2013, 13:30
M.Heydərovdan və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident! Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmiz iqtisadi cəhətdən gündən-günə inkişaf edir. Respublikamızın hər yerində böyük tikinti, quruculuq-abadlıq işləri aparılır. Salyan rayonu, o cümlədən Qaraçala qəsəbəsi də bu işlərdən kənarda qalmamışdır. Son illər qəsəbədə uşaq bağçası üçün 35 yerlik yeni bina, poçt tikilmiş, qəsəbə xəstəxanası əsaslı təmir edilmiş, modul tipli sutəmizləyici qurğu istifadəyə verilmiş, qəsəbə qazlaşdırılmış, yollara asfalt döşənmişdir. Hazırda uzun müddət təmir edilmədiyi üçün qəzalı vəziyyətə düşmüş Qaraçala qəsəbə tam orta məktəbində əsaslı təmir işləri aparılır.
Çox hörmətli Prezident, göstərdiyiniz böyük diqqət və qayğıya görə Qaraçala qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Qəsəbə sakinləri Sizi hər zaman Azərbaycan Respublikasının Prezidenti kimi görmək arzusundadır. Qəsəbə sakinləri bu ilin oktyabr ayında keçiriləcək növbəti Prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcəklər. Qoy ulu Tanrı Sizi və ailənizi qorusun! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.