Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

M.Heydərovdan və başqalarından, Salyan, Azərbaycan

Text size Plus Minus

13 avqust 2013, 13:30

Hörmətli cənab Prezident!

Qaraçala qəsəbəsi Salyan rayonunun iri yaşayış məntəqələrindən biridir. Qəsəbədə 5000-ə yaxın sakin yaşayır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmiz iqtisadi cəhətdən gündən-günə inkişaf edir. Respublikamızın hər yerində böyük tikinti, quruculuq-abadlıq işləri aparılır. Salyan rayonu, o cümlədən Qaraçala qəsəbəsi də bu işlərdən kənarda qalmamışdır. Son illər qəsəbədə uşaq bağçası üçün 35 yerlik yeni bina, poçt tikilmiş, qəsəbə xəstəxanası əsaslı təmir edilmiş, modul tipli sutəmizləyici qurğu istifadəyə verilmiş, qəsəbə qazlaşdırılmış, yollara asfalt döşənmişdir. Hazırda uzun müddət təmir edilmədiyi üçün qəzalı vəziyyətə düşmüş Qaraçala qəsəbə tam orta məktəbində əsaslı təmir işləri aparılır.

Çox hörmətli Prezident, göstərdiyiniz böyük diqqət və qayğıya görə Qaraçala qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Qəsəbə sakinləri Sizi hər zaman Azərbaycan Respublikasının Prezidenti kimi görmək arzusundadır. Qəsəbə sakinləri bu ilin oktyabr ayında keçiriləcək növbəti Prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcəklər. Qoy ulu Tanrı Sizi və ailənizi qorusun!

Qəsəbə sakinləri adından dərin hörmətlə,

Heydərov M.V.
Məmmədov S.B.
Mənsimov Ə.A.
Məmmədov İ.S.
Fərəcov A.S. (cəmi: 50 nəfər)

Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi