Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Vidadi Süleymanov və Safura Hümbətovadan, Bərdə, Azərbaycan

Text size Plus Minus

13 avqust 2013, 15:20

Çox hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında ölkəmizdə geniş təhsil islahatları həyata keçirilmiş, bu sahədə əsaslı irəliləyişlər əldə edilmişdir. Nəticədə təhsil sistemi keyfiyyətcə yaxşılaşmış, məzmunca müasirləşmişdir.

Hörmətli cənab Prezident, Siz ən yaxşı göstəricilərə nail olan məktəblərə və müəllimlərə təsis etdiyiniz xüsusi mükafatları verməklə həm onların əməyini yüksək qiymətləndirir, həm də təhsil işçilərinin fəaliyyətini gücləndirirsiniz. Başa vurduğumuz tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri arasında Bərdə şəhərinin Akademik Zərifə Əliyeva adına məktəb-liseyinin və 3 nömrəli tam orta məktəbinin adlarının olması bizi hədsiz dərəcədə sevindirmişdir.

Hörmətli cənab Prezident, Sizə ürəkdən təşəkkür edirik. Biz bundan sonra da çalışacağıq ki, Vətənimizə, xalqımıza layiqli övladlar yetişdirək. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Süleymanov Vidadi,
Akademik Zərifə Əliyeva adına məktəb-liseyin direktoru,

Hümbətova Safura,
şəhər 3 nömrəli tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Bərdə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi