|
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
Prezident İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş oldu. Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi: - Hörmətli Vladimir Vladimiroviç! Sizi görməyə çox şadam! Azərbaycana xoş gəlmisiniz! Əminəm ki, səfəriniz münasibətlərimizə əlavə impuls verəcəkdir. Əlaqələrimiz çox dinamik, müsbət və uğurla inkişaf edir. Münasibətlərimiz bir çox sahələri əhatə edir. Bu gün həm gündəlikdə duran ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə etmək imkanımız olacaqdır. Gündəliyimiz kifayət qədər genişdir. İqtisadiyyatda gözlədiyimizdən də çox yaxşı nəticələr vardır. Ənənəvi olaraq humanitar sahədə də yaxşı nəticələr və perspektivlər mövcuddur. Başqa sözlə, münasibətlərimiz çox uğurla inkişaf edir. Sizin səfərinizin əlaqələrimizin inkişafında əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz! Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dedi: - İlham Heydər oğlu! Dəvətə görə dərin təşəkkür edirəm! Həqiqətən ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Dünya iqtisadiyyatındakı çətin vəziyyətə baxmayaraq, ötən il əmtəə mübadiləsinin artımı 48 faizdən çox olub - təqribən 50 faiz. Bu, bizim üçün rekordlardan biridir. Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır və təşəbbüslərin çoxluğu, o cümlədən Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir. Mən bilirəm ki, burada Sizin şəxsi təşəbbüsləriniz də vardır. Biz bu gün hamısını müzakirə edəcəyik. Mən əminəm ki, bugünkü görüşümüz münasibətlərimizin inkişafına kömək edəcəkdir. Mənimlə buraya böyük komanda - əməkdaşlığımızın istiqamətləri üzrə aparıcı nazirlər gəlib. Odur ki, işimiz məzmunlu, böyük, maraqlı və əhəmiyyətli olacaqdır. Çox sağ olun! ![]() Böyük ölçüdə 13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.