14 avqust 2013, 15:50

Allahverdi Zeynalovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident!

Bizim kəndimizdən də keçən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə Sərəncamınızı sakinlərimiz böyük sevinclə qarşıladılar. Biz çox sevinirik ki, yaxın gələcəkdə yol problemimiz həll ediləcək və biz kəndimizdən digər kəndlərə və rayon mərkəzinə rahat gedib-gələ biləcəyik.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu qayğıya görə Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, doğma Qarabağımız Sizin rəhbərliyiniz altında tezliklə işğaldan azad ediləcək, ölkəmiz daha böyük nailiyyətlər qazanacaqdır.

Hörmətlə,

Zeynalov Allahverdi.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ağayrı kəndi.