Səccad Əsədullayevdən, Bakı, Azərbaycan
14 avqust 2013, 16:30
Hörmətli cənab Prezident!
Sizin göstərişinizlə qəsəbəmizdə aparılan yenidənqurma işlərinə və bizə göstərdiyiniz diqqət və qayğıya görə Xocasən qəsəbəsinin ağsaqqalları və gəncləri, həmçinin qəsəbimizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Möhtərəm Prezident, Azərbaycanımızın bütövlüyü, övladlarımızın xoşbəxt gələcəyi naminə misilsiz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, doğma Azərbaycanımız Sizin rəhbərliyiniz altında daha böyük nailiyyətlər qazanacaqdır. Allah köməyiniz olsun.
Hörmətlə,
Əsədullayev Səccad Tahir oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış massivi.
