|
13 avqust 2013, 21:05
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxmışlar
Dağüstü parkla tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxmışlar. Dövlət başçıları əvvəlcə “Dağıstan” raket gəmisi ilə tanış oldular. Gəminin komandiri prezidentlərə raport verdi. Rusiya Prezidenti Vladimir Putin əsgərləri salamladı. Dövlət başçıları “Dağıstan” raket gəmisi ilə tanış oldular. Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına məxsus gəmi dəstəsi Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıya qeyri-rəsmi səfərə gəlmişdir. Rusiya tərəfinin dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi dəstəsi də bu ilin ikinci yarısında Rusiyaya səfər edəcəkdir. Sonra dövlət başçıları Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə gəldilər. Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı dənizçiləri salamladı. Prezidentlər “Bakı” gözətçi gəmisi ilə tanış oldular. Daha sonra “Dağıstan” raket gəmisinin kapitanı dövlət başçılarına xatirə hədiyyəsi təqdim etdi. Prezident Vladimir Putin gəminin kapitanından soruşdu ki, adın nədir? Kapitan: Vüsal. Vladimir Putin: Sən azərbaycanlısan? Kapitan: Elədir ki, var. Sağ olun. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.