|
13 avqust 2013, 21:25
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər
Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər. Burada şəhər sakinləri ilə görüşüb söhbət edən dövlət başçıları onlarla xatirə şəkli çəkdirdilər. Elektromobillə gəzinti zamanı Rusiya dövlətinin başçısına məlumat verildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Tariximizin canlı əfsanəsi olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna daxil olan Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. Rusiya dövlətinin başçısının diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparmış və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır. Prezident Vladimir Putin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldu. Dövlət başçısı təndir çörəyinin bişirilməsi qaydası ilə maraqlandı. İçərişəhərlə tanışlıq Prezident Vladimir Putində xoş təəssürat yaratdı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.