|
14 avqust 2013, 20:05
İlham Əliyev Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxdı. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdə Ümummilli Liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda Ulu Öndərin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaqdır. Fotoguşədə isə Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik illərini, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrlər, eləcə də 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici və yerli səfərlərinin ayrı–ayrı məqamları əksini tapacaqdır. Diqqətə çatdırıldı ki, binanın birinci mərtəbəsində muzey, VİP kabinet, kafe-internet, 3D kinozalı olacaqdır. İkinci mərtəbədə xalçaçılıq və Alban tarixi muzeyləri, kafe-salon, müşavirə otaqları, rəqs və dizayn studiyaları, poliqrafiya emalatxanası, sərgi salonu və digər köməkçi otaqlar fəaliyyət göstərəcəkdir. Üçüncü mərtəbədə milli rəqs studiyası, iki kitabxana, ədəbiyyat, heykəltəraşlıq, kulinariya, kompyuter, xarici dil dərnəkləri üçün otaqlar və inzibati otaqlar yerləşəcəkdir. İnşaat işləri Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin sifarişi ilə Azərbaycan İnşaat və İnvestisiya Qrupu tərəfindən aparılır. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Dövlətimizin başçısına məlumat verildi ki, Oğuzda Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcəkdir. Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() 14 avqust 2013, 20:35
İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.