İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

14 avqust 2013, 20:35
İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Bu gün gözəl gündür. Gözəl tədbir keçirilir, bu gün Oğuz şəhərinin içməli su ilə təminatı həll olunur. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaqdır.

İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır.

Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.

Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük - sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, - indi uşaq bağçası açılacaqdır, - su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir – su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Mərkəzi Xəstəxananın həkimi İradə MƏMMƏDOVA dedi:

- Möhtərəm Prezident, Sizi oğuzlular adından salamlayıram. Oğuza xoş gəlmisiniz!

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Oğuzda yeni su xətti istifadəyə verilir. Suyun insan üçün necə əvəzedilməz bir nemət olduğunu biz hamımız yaxşı bilirik, bir həkim kimi mən də bilirəm. Kanalizasiya sistemi şəhərimizdə heç olmamışdır. Amma açılışında bizə şərəf verərək, bizi qürurlandıraraq Sizin iştirak etdiyiniz bu su xətti vasitəsilə Oğuz və ona yaxın kəndlər təmiz içməli su ilə təmin ediləcəkdir. Kanalizasiya sisteminin yaradılması nəticəsində şəhərimiz daha müasir bir şəhərə çevriləcəkdir. Bunlar bizə Sizin töhfənizdir, Sizin hədiyyənizdir. Oğuzlular adından ürəkdən Sizə bir daha təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, respublikamızda gedən quruculuq, yaradıcılıq, abadlıq işləri hamımızın gözü qarşısındadır.

Biz hər gün, yeni-yeni obyektlərin, körpülərin, yolların, bir həkim kimi deyirəm, diaqnostika mərkəzlərinin, yeni-yeni məktəblərin, turizm mərkəzlərinin, idman komplekslərinin açılışının şahidi oluruq. Bu işlər Oğuzdan da yan keçməmişdir.

Sizin qayğınız, xüsusi diqqətiniz nəticəsində qısa bir müddət ərzində Oğuz o qədər dəyişmişdir ki, təzə gələn qonaqlar buranı tanımırlar. Yollar abadlaşmış, işıqlanmış, yeni idman kompleksi, yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. Xəstəxanamız hər cür müasir avadanlıqla təmin edilmiş, məktəblər tikilmiş, parklar açılmış, yollarımız abadlaşmışdır.

Bu gün daha əlamətdar bir gündür. Bu gün Oğuzda yeni bağçanın da açılışı olacaqdır. Yəqin ki, möhtərəm Prezidentimiz bu açılışda iştirak etməklə, bizi bir daha şərəfləndirəcəkdir. Bizə göstərdiyiniz bu qayğıya görə Sizə, Sizin xanımınıza, Mehriban xanım Əliyevaya həm bir qadın, həm də bir həkim kimi təşəkkür edirəm. O da bizim həmkarımızdır.

Möhtərəm Prezident, regionlarımız gündən-günə çiçəklənir, inkişaf edir. Məlumdur ki, iqtisadiyyatın ən gəlirli sahələrindən biri də turizmdir. Özünüz də gördüyünüz kimi, Allah-təala bizə belə füsunkar təbiət verib. Ancaq yalnız təbiət kifayət deyil, Sizin qayğınız, diqqətiniz, bu abadlaşma nəticəsində Oğuz turizm sahəsində gözəl bir mərkəzə çevrilir. Təbii ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssislərə ehtiyac vardır.

Mən bu səadəti ümumiyyətlə ağlıma gətirməzdim, Sizinlə üzbəüz dayanmaq, öz arzumu bildirmək. Mən Sizə öz ailəm adından xüsusi təşəkkür etmək istəyirəm. Sizin gənclərə olan atalıq qayğınız nəticəsində mənim qızıma da Dövlət Proqramı çərçivəsində dövlət təqaüdü verilmiş və o, Böyük Britaniyada məhz turizm sahəsində magistratura keçərək ixtisaslı bir kadr kimi respublikamıza qayıtmışdır. Bizim ailəmizin sevincini sözlə ifadə etmək çətindir. Mən buna görə Sizə ürəkdən təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

İradə MƏMMƏDOVA: Möhtərəm cənab Prezident, məhz Sizin səyləriniz, gecə-gündüz işləməyiniz nəticəsində, - televizorda da göstərmişlər ki, respublikamızda ən çox işləyən şəxs Prezidentimiz və onun xanımıdır, - Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bölgədə isə birinci dövlətik. Bu, Sizin xalqımıza olan töhfənizdir, bizim xoşbəxt, firavan gələcəyimiz üçün çalışmağınızın nəticəsidir. Sizə təşəkkür edirik, Sizinlə qürur duyuruq. Belə bir Prezidentimiz olduğu üçün çox xoşbəxtik. Oğuzlular həmişə Sizinlə olmuşdur və əmin ola bilərsiniz ki, həmişə Sizi dəstəkləyəcəklər.

Azərbaycanımızın çiçəklənməsi yolunda Sizə böyük nailiyyətlər arzu edirik, yolunuz açıq olsun, Ulu Tanrı həmişə Sizi qorusun! Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Oğuzda doğrudan da, son illər ərzində əsaslı dəyişikliklər baş vermişdir. Mən ilk dəfə Oğuza 2005-ci ildə gələndə vəziyyət tam başqa idi. Yəni, doğrudan da, Oğuz rayonu çox böyük inkişaf yolu keçmişdir. Azərbaycanda, o cümlədən Oğuz rayonunda bütün işlər ardıcıllıqla aparılır. Sürətli iqtisadi inkişafı təmin etmək üçün, ilk növbədə, necə deyərlər, ilkin şərtlər lazımdır – infrastruktur, yol, işıq, qaz. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz və biz bütün bu problemləri ardıcıllıqla həll edə bilmişik. İndi bütün infrastruktur layihələri yüksək səviyyədə həll olunubdur.

Gələcəkdə Oğuz rayonunun potensialından maksimum dərəcədə istifadə etmək üçün buranın təbiətini və təbii şəraitini nəzərə almaqla, müxtəlif istiqamətlər üzrə inkişaf planı da icra edilməlidir. Çünki burada infrastruktur var, yollar çəkilib, qaz xətləri, işıq xətləri, içməli su, kanalizasiya, xəstəxana, Olimpiya Mərkəzi, digər ictimai yerlər, parklar salınır. Buranın gələcək inkişafı yəqin ki, turizmlə, kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlı olmalıdır. Bax, bu üç istiqamət üzrə burada bundan sonra da işlər gedəcəkdir. Əminəm ki, bütün bu əsas infrastruktur layihələri icra olunandan sonra buraya investisiyalar özəl sektordan da çox qoyulacaqdır.

Əvvəlki dövrlərdə mən burada otelin açılışında da iştirak etmişdim. Bu imkanlar da var. İndi gözəl yol çəkilibdir. İndi Bakıdan buraya çox rahat gəlmək olur. Eyni zamanda, Qəbələdə bildiyiniz kimi, beynəlxalq aeroport artıq fəaliyyət göstərir və beynəlxalq uçuşlar artıq icra edilir. Aeroportdan Oğuza qədər təqribən yarım saatlıq yoldur. Yəni, hesab etmək olar ki, Oğuzun da beynəlxalq aeroportu var əminəm ki, gələcəkdə bu zonaya – Oğuza, Şamaxıya, Qəbələyə, Şəkiyə və digər rayonlara gələnlərin sayı artacaqdır.

Daxili turizm hazırda daha çox artır. Bu da çox gözəl göstəricidir. Çünki insanların imkanları artır ki, onlar öz ölkəsində gedib istirahət edirlər. Xarici turizm də artır, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, musiqi festivalları, siyasi tədbirlər, bax, sabahdan Türkdilli Ölkələrin dövlət başçılarının zirvə görüşü Qəbələdə keçiriləcəkdir. Bax, bu zonanı turizm mərkəzinə - nəinki Azərbaycanın, bölgənin və gələcəkdə dünyanın turizm mərkəzlərindən birinə çevirmək üçün bütün ilkin şərtlər vardır.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı. Burada bu inkişaf üçün gözəl potensial vardır. Digər sahələr də vardır ki, Oğuz rayonunun inkişafına xidmət göstərə bilər və uzunmüddətli gələcəyimizi təmin edə bilər. Eyni zamanda, dövlət investisiyaları da qoyulacaqdır. Çünki baxmayaraq ki, əsas infrastruktur layihələri başa çatıb, hələ görüləsi işlər çoxdur.

Kənd yerlərində görüləsi işlər çoxdur, uşaq bağçaları çatışmır, hələ qəzalı vəziyyətdə olan məktəblər yəqin ki, Oğuz rayonunda da, başqa yerlərdə də vardır. Bu işlər də ardıcıllıqla öz həllini tapacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı bundan sonra da təmin ediləcəkdir. Gələn ilin əvvəlində regional inkişaf üzrə üçüncü Dövlət Proqramı qəbul olunmalıdır.

Proqramda növbəti beş il üçün konkret vəzifələr, konkret layihələr göstəriləcəkdir. Yəqin ki, Oğuz rayonundan da artıq İqtisadi İnkişaf Nazirliyinə və Prezident Administrasiyasına təkliflər verilmişdir. Bu təkliflər əsasında Oğuz rayonunun gələcək beş il ərzindəki inkişafı ilə bağlı konkret, adbaad tədbirlər göstəriləcəkdir.

Mən əminəm ki, gələcəkdə Oğuza hələ çox səfər edəcəyəm. Çünki burada açılışa hazır olacaq obyektlər çoxalacaq, həm müəssisələr, gözəl Heydər Əliyev Mərkəzi, digər obyektlər. Sizinlə hələ çox görüşəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm və Sizə cansağlığı arzulayıram.

X X X

Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinə, sxemlərə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir.

Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir.

Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.

İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunmuşdur. Şəhərdə bütün abonentlərin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.

Dövlət başçısı mərasim iştirakçıları ilə söhbət etdi.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35