|
14 avqust 2013, 20:55
İlham Əliyev Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı bu avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxdı. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni - Aşağı Küngüt, Çapağan, Çolaxlı, Fazıl, İbrahimkənd, Cəfərabad, Əliyar və Aydınbulaq kəndlərini birləşdirən bu yolun yenidən qurulmasına böyük ehtiyac var idi. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Diqqətə çatdırıldı ki, layihənin ümumi smeta dəyəri 8 milyon 200 min manatdır. Yol boyunca körpü, bir sıra keçid, su keçidləri və 8 avtomobil dayanacağı tikilmişdir. Yüksək standartlara uyğun inşa olunmuş bu yolun yenidən qurulması yük və sərnişin avtomobillərinin hərəkətindəki bütün maneələri aradan qaldırmış, kənd sakinlərinin rahat gediş-gəlişini təmin etmişdir. Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.