Gerb

15 avqust 2013, 17:35

Hörmətli cənab Prezident!

Azərbaycan dövləti Sizin apardığınız məqsədyönlü, düzgün siyasət sayəsində hər sahədə böyük inkişafa, tərəqqiyə nail olmuşdur. Bu inkişafa qısqanclıq hissi ilə yanaşanlar, ölkəmizin uğurlarına sevinməyənlər, bu inkişafı görməyənlər bilməlidirlər ki, Azərbaycanı artıq 90-cı illərin əvvəllərindəki vəziyyətə qaytarmaq mümkün deyildir. Bu gün dövlətimizin sükanı etibarlı əllərdədir.

Hörmətli cənab Prezident, biz Sizin sayənizdə ölkəmizin qazandığı qlobal uğurlara kölgə salınmasına heç vaxt imkan vermərik. Bütün elm adamları, sadə vətəndaşlar qəti əminliklə bilirlər ki, Siz bizim bu günümüzün, sabahımızın təminatçısısınız. Biz gələcəyimizi Sizə etibar etmişik. Buna görə də Sizin ətrafınızda sıx birləşmişik. Bu, xalqın seçimidir. Xalqın seçimi isə dəyişməzdir.

Çox hörmətli Prezident, bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nəsibov Famil.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR