Gerb

15 avqust 2013, 19:40
22086

Qəbələdəki prezident iqamətgahında Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulandı. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu.

Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.

Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparıldı.

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR