|
15 avqust 2013, 20:20
Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində keçirilən konsertdə iştirak etmişlər
Qəbələdəki Mədəniyyət sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev konsertdə olmuşlar. Konsertdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Abdullah Gülə və Qırğızıstan Prezidenti Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olundu. Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri qısa söhbət etdilər.
Salona toplaşanlar dövlət başçıları İlham Əliyevi, Abdullah Gülü və Almazbek Atambayevi hərarətlə qarşıladılar. Hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan TÜRKSOY da öz töhfəsini verir. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə layiqli töhfələr verir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.