|
16 avqust 2013, 17:00
İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur
Qəbələdəki Prezident iqamətgahında Prezident İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur. Görüşdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Nursultan Nazarbayev Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığını və qardaş Qazaxıstanın Azərbaycanın uğurlarına sevindiyini vurğuladı. Nursultan Nazarbayev ölkəmizə budəfəki gəlişi zamanı Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev Qazaxıstanın müxtəlif sahələrdə uğurlar qazandığını qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini vurğulayaraq, enerji-nəqliyyat potensialının hər iki ölkənin daha da inkişaf etməsində rolundan danışdı. Görüşdə Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Qazaxıstanın iqtisadi, o cümlədən nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığının, Azərbaycanın Qazaxıstana məhsul ixracının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.