Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Əli Əliyev və başqalarından, Beyləqan, Azərbaycan

Text size Plus Minus

16 avqust 2013, 17:50

Hörmətli cənab Prezident!

Sizin həyata keçirdiyiniz aqrar islahatlar nəticəsində ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf etmiş, vətəndaşlarımızın ərzaq təhlükəsizliyi tam təmin olunmuşdur. Bu sahədə çalışan sahibkarlar Sizin göstərdiyiniz diqqət və qayğıdan çox razıdırlar. Biz Beyləqan rayonunda məskunlaşmış məcburi köçkünlər burada kənd təsərrüfatı ilə məşğul oluruq və Sizin qayğınızı daim hiss edirik.

Hörmətli cənab Prezident, vaxtilə Sizin təşəbbüsünüzlə yaradılmış “Aqrolizinq” ASC bizim kənd təsərrüfatı texnikası ilə bağlı bütün problemlərimizi həll edir. Yəqin ki, bu xidmət olmasaydı, həmin texnikanı almağa bizim imkanımız çatmazdı. İndi isə bizə göstərilən kömək sayəsində torpağın becərilməsində, toxumun səpilməsində, bitkilərə gübrə verilməsində və əldə etdiyimiz bol məhsulun biçilib toplanmasında heç bir çətinlik çəkmirik.

Bizim üçün bu şəraiti yaratdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Əliyev Əli
Humayov Barat
Abbasquliyev Nurəddin
İsmayılov Telman
Murtuzayev Elvin
Hüseynov Bəhruz
Qasımov Fərhad
İsmayılov Vaqif.

Azərbaycan Respublikası, Beyləqan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi