|
17 avqust 2013, 12:10
İlham Əliyev Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızda sahibkarlığın inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, indi bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olanların sayı artır. Bu, yeni soyuducu anbarların yaradılmasında da özünü göstərir. Belə soyuducu anbarlardan biri də Balakən rayonunun Katex kəndində inşa olunmuşdur. Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı. Bildirildi ki, kompleks bütün zəruri avadanlıqla təchiz edilərək müasir səviyyədə yaradılmışdır. Belə layihələrin reallaşması qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün fermer-sahibkarlar və kənd təsərrüfatı istehsalçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə soyuducu anbar kompleksinin onların ixtiyarına verilməsi də bunun əyani təzahürüdür. Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmışdır. Tikinti işləri ən müasir standartlara uyğun olaraq görülmüşdür. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Kompleksdə quraşdırılan avadanlıq Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası vardır. Soyuducu kompleksin ümumi tutumu isə 17 min kubmetr və ya 4,5 min tondur. Burada Balakən rayonunun və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması nəzərdə tutulur. Bu kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcəkdir. Bildirildi ki, Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. Həmin bağlardan tədarük edilən meyvə soyuducu anbar kompleksində saxlanılacaqdır. Bu obyektin istifadəyə verilməsi həm də rayonda yeni iş yerlərinin açılması istiqamətində görülən tədbirlərdən biridir. Yeni soyuducu anbar kompleksində ilkin olaraq 103 nəfər işlə təmin ediləcəkdir. Gələcəkdə işçilərin sayının artacağı nəzərdə tutulur. Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.